İsrail qüvvələrinin sərt müdaxiləsi nəticəsində 6 fələstinli yaralanıb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalında qeyri-qanuni şəkildə inşa edilən yaşayış məntəqələrinə etiraz edən fələstinlilərə sərt müdaxilə edib.

1971683
İsrail qüvvələrinin sərt müdaxiləsi nəticəsində 6 fələstinli yaralanıb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin şimalında qeyri-qanuni şəkildə inşa edilən yaşayış məntəqələrinə etiraz edən fələstinlilərə sərt müdaxilə edib. Hadisə zamanı altı fələstinli yaralanıb.
Nablusun Beyt Decen, Beyta və Karyut ilə Kalkilyanın Kefr Kaddum bölgələrində qeyri-qanuni şəkildə inşa edilən yaşayış məntəqələrinə qarşı keçirilən nümayişlər davam edir. 
Nümayişçilər avtomobil təkərlərini yandıraraq İsrailin fələstinlilərə qarşı təxribat xarakterli hərəkətlərinə etiraz ediblər.

Kefr Kaddumdakı Fələstin Xalq Müqavimət Komitəsinin rəhbəri Murad Şiteyvi İsrail qüvvələrinin nümayişçilərə rezin ilə metal güllələr və gözyaşardıcı qazla müdaxilə etdiklərini deyib.

Şiteyvi müdaxilə nəticəsində 6 nəfərin yaralandığını, onlarla adamın gözyaşardıcı qazdan zəhərləndiyini bildirib.



Әlaqәli Xәbәrlәr