İsrail qüvvələrinin Əqsa məscidinə hücumuna reaksiya göstərilməkdə davam edir

BMT-yə üzv olan ərəb ölkələrinin yaratdığı Ərəb Qrupu İsrail qüvvələrinin Əqsa məscidində camaata hücumunu sərt şəkildə pisləyib.

1970841
İsrail qüvvələrinin Əqsa məscidinə hücumuna reaksiya göstərilməkdə davam edir
ankara israil tepki.jpg
israile yurttan tepki.jpg
istanbul fatih israil tepki.jpg

BMT-yə üzv olan ərəb ölkələrinin yaratdığı Ərəb Qrupu İsrail qüvvələrinin Əqsa məscidində camaata hücumunu sərt şəkildə pisləyib.

Əqsada baş verən hadisələrdən sonra Ərəb Liqası da İordaniya, Fələstin və Misirlə koordinasiyalı şəkildə “daimi nümayəndələr (21 ölkə)” səviyyəsində təcili toplanıb. Ərəb Liqası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT TŞ) İsrailin Əqsa məscidinə qarşı "cinayətlərini" dayandırmağa çağırıb.

Küveyt, Livan, Mərakeş, Tunis, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Liviya, Əlcəzair və Sudan da İsrail qüvvələrinin Əl-Əqsa məscidinə etdiyi basqını pisləyib.

Fransanın Qüdsdəki Baş Konsulluğu da Əqsa məscidində camaata edilən basqın görüntülərini "şok" adlandırıb.

Blokadada olan Qəzza zolağında Əqsa məscidinə edilən basqına minlərlə insan etiraz edib.Əqsaya basqınlara İsrailin ərəb şəhərlərində də sərt şəkildə etiraz edilib.

Pakistanın Baş naziri Şahbaz Şərif də "Twitter" hesabından etdiyi paylaşımda Əqsada camaata edilən hücumu sərt şəkildə pisləyib.

Yüzlərlə iordaniyalı İsrailə etiraz etmək üçün İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyi yaxınlığında toplaşıb. İordaniya Parlamentindəki Fələstin Komissiyasının sədri Fayez Basbus da Əqsa məscidində baş verənlərə İslam və ərəb dünyasından gələn reaksiyaları "məcbur edəcək səviyyədə olmadığı" əsasıyla tənqid edib.

Almaniyanın paytaxtı Berlində Əqsa məscidinə basqınına etiraz edilib.

Fələstinli qrupların tarixi Brandenburq qapısı qarşısındakı Pariser meydanında təşkil etdiyi nümayişə çox sayda insan qatılıb.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burqer isə Əqsa məscidinə basqınını pisləməkdən imtina edib. Digər tərəfdən Burqer Qəzzadan İsrailə edilən raket hücumlarını açıq şəkildə qınadıqlarını dilə gətirib.

ABŞ Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi İsrail qüvvələrinin Əqsa məscidin basqın etməsindən son dərəcə narahat olduqlarını ifadə edərək, zorakılığı pisləməyərək, tərəfləri gərginliyi artırmamağa çağırıb.

Xatırladaq ki, fanatik yəhudi sakinlərin “Pasxa bayramı” səbəbilə Əqsa məscidinə basqın etmək və orada qurban kəsmək çağırışlarından sonra bir qrup fələstinli gecə təravih namazından sonra Əqsa məscidi daxilindəki Qiblə məscidinə sığınıb.

İsrail qüvvələri Əqsa məscinidə basqını zamanı Qiblə məscidinə sığınanlara müdaxilə edərək müqəddəs məbədi “döyüş meydanına” çevirib. İsrail qüvvələrinin basqını səhər namazından sonra da davam edib.



Әlaqәli Xәbәrlәr