Әnvәr İbrahim: ‘‘Rәsmi Pekinlә Cәnubi Çin mәsәlәsini müzakirә etmәyә hazırıq’’

Malayziyanın Baş naziri Ənvər İbrahim rəsmi Pekinlə Cənubi Çin dənizi məsələsini müzakirə etməyə hazır olduqlarını bildirib.

1969237

Mətbuat konfransında çıxış edən Ənvər İbrahim Malayziyanın ''Petronas'' enerji şirkətinin Cənubi Çin dənizində ən böyük neft kəşfiyyat platformasına sahib olduğunu söyləyib.

Ənvər İbrahim Çinə etdiyi rəsmi səfər zamanı bu mövzunun dövlət başçısı Si Cinpinlə keçirdikləri görüşdə gündəmə gəldiyini deyib.

 "Cənubi Çin dənizi məsələsini Pekin rəhbərliyi ilə müzakirə etməyə hazırıq'',-deyə Ənvər İbrahim qeyd edib.

Çin suverenlik mübahisələrinin yaşandığı Cənubi Çin dənizinin 80 %-i üzərində hüquq tələb edir.

Qeyd edək ki,Filippin, Vyetnam, Bruney və Malayziya kimi sahilyanı qonşu ölkələr də bölgə üzərində hüquq tələb edirlər.

Әlaqәli Xәbәrlәr