Ekvadorda torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb

Cənubi Amerika ölkəsi Ekvadorda baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 28-ə, itkin düşənlərin sayı isə 61-ə yüksəlib.

1969248

Ekvador Fövqəla Hallar İdarəsindən verilən açıqlamada martın 27-də Çimborazo əyalətinin Alausi qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayının artdığı bildirilib.

Açıqlamada təbii fəlakət nəticəsində ölənlərin sayının 28-ə, itkin düşənlərin sayının 61-ə, yaralıların sayının isə 38-ə yüksəldiyi qeyd edilib.

Axtarış-xilasetmә әmәliyyatları nәticәsindә indiyәdәk 32 nәfәrin xilas edildiyi bildirilib.

Səlahiyyətlilər torpaq sürüşməsi nəticəsində 850 nəfərin zərər gördüyünü, 170 nəfərin evsiz qaldığını vә 57 evin dağıldığını açıqlayıb.

Yerli mətbuat orqanlarının yaydığı məlumatda bölgədəki dağda bir müddətdir çatların əmələ gəldiyi və bunun da torpaq sürüşməsinə  səbəb olduğu iddia edilib.

Ekvadorun Nəqliyyat və İctimai İşlər Nazirliyi bağlanan yolları nəqliyyatın hərəkətinə açmaq üçün davamlı çalışdıqlarını açıqladı və martın 30-da Çimborazo əyalətində "fövqəladə vəziyyət" elan etdi.

Әlaqәli Xәbәrlәr