ABŞ-da təcili yardım helikopteri qəzaya uğrayıb, 2 nəfər ölüb

ABŞ-ın Alabama ştatında təcili yardım helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

1969047
ABŞ-da təcili yardım helikopteri qəzaya uğrayıb, 2 nəfər ölüb

ABŞ-ın Alabama ştatında təcili yardım helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamaya görə, Birminqem ştatında bir şəxsin gəzinti zamanı səhhətində problem olduğunu bildirməsindən sonra bölgəyə təcili yardım helikopteri istiqamətləndirilib.

"Eurocopter EC130" tipli təcili tibbi yardım helikopterinin 3 nəfərlik ekipajı ilə Şelbi dairəsi yaxınlığında qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qəza ilə bağlı zəng mərkəzinə zəng edən polis helikopterdə olan 3 personaldan birinin hadisə yerində dünyasını dəyişdiyini, xəstəxanaya aparılan iki yaralıdan birinin isə müdaxiləyə baxmayaraq xilas edilə bilmədiyini bildirib.

Qəza ilə bağlı araşdırmalar davam edir.



Әlaqәli Xәbәrlәr