İsrail qüvvələrinin sərt müdaxiləsi nəticəsində bir fələstinli də ölüb

İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidinin girişində bir fələstinlini qətlə yetirib.

1968273
İsrail qüvvələrinin sərt müdaxiləsi nəticəsində bir fələstinli də ölüb

İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidinin girişində bir fələstinlini qətlə yetirib.
İsrail polisindən verilən yazılı açıqlamada məscidin girişində həyata keçirilən yoxlayış zamanı bir fələstinlinin İsrail polisinin silahını almağa cəhd etdiyi iddia edilib.
Açıqlamada İsrail polisinin fələstinliyə atəş açaraq onu öldürdüyü  qeyd edilib.
Öldürülən 26 yaşlı gəncin İsrailin cənubundakı Nəcəf bölgəsindəki Hura qəsəbəsində yaşadığı bildirilib.
Açıqlamada hadisə zamanı İsrail qüvvələrinin zərər görmədiyi və bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr