BMT Türkiye ilə bağlı çağırışını təkrarlayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) zəlzələlərdən sonra Türkiye üçün başladılan təcili yardım çağırışına dəstək istəyini təkrarladı.

1968240
BMT Türkiye ilə bağlı çağırışını təkrarlayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) zəlzələlərdən sonra Türkiye üçün başladılan təcili yardım çağırışına dəstək istəyini təkrarladı.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) sözçüsü Yens Laerke İsveçrənin Cenevrə şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, fevralın 6-da Türkiyedə baş verən zəlzələlər nəticəsində 9 milyon insan  zərər çəkib, 3 milyon insan isə yurd-yuvasından didərgin düşüb.

Laerke qeyd edib ki, BMT quruluşları və humanitar tərəfdaşları bu günə qədər 4,1 milyon insana ərzaq və qızdırıcı yardımı edib.

"3 milyon insana təcili ərzaq yardımı çatdırılıb, 700 min insana dəstək verilib. Donorlarımızın dəstəyi ilə BMT-nin fevralın 16-da etdiyi təcili yardım çağırışı çərçivəsində  268 milyon dollar məbləğində yardım toplanıb. Donorlar arasında ABŞ, Küveyt, Avropa Komissiyası, BMT-nin Vahid Təcili Yardım Fondu (CERF) və Səudiyyə Ərəbistanı kimi ölkələr var",-deyə Yens Laerke qeyd edib.


Etiketlәr: #Türkiye , #BMT

Әlaqәli Xәbәrlәr