Finlandiyadan Türkiyeyə türkcə 'təşəkkür edirik' mesajı

Finlandiya prezidenti Sauli Niinistö "Twitter" hesabında 30 NATO üzvünün ölkəsinin üzvlüyünü təsdiqlədiyini bildirib.

1967693
Finlandiyadan Türkiyeyə türkcə 'təşəkkür edirik' mesajı

Finlandiya prezidenti Sauli Niinistö "Twitter" hesabında 30 NATO üzvünün ölkəsinin üzvlüyünü təsdiqlədiyini bildirib.

Niinistö bütün ratifikasiya edən ölkələrə etimad və dəstəyə görə təşəkkür edib.

"Finlandiya NATO-nun təhlükəsizliyinə sadiq olan güclü və qabiliyyətli müttəfiq olacaq. Finlandiya artıq NATO-ya üzv olmağa hazırdır. Biz İsveçin yaxın zamanda bizə qoşulmasını gözləyirik", -deyə dövlət başçısı qeyd edib. 

Finlandiyanın Baş naziri Sanna Marin də öz "Twitter" hesabında bütün ölkələrə dəstəyə görə təşəkkür edib.

Baş nazir paylaşımında "Müttəfiqlər olaraq qarşılıqlı təhlükəsizliyi təmin edəcəyik. Biz bir-birimizi müdafiə edəcəyik. Finlandiya indi və gələcəkdə İsveçin yanındadır və onun müraciətini dəstəkləyir" deyib.

Finlandiya Xarici İşlər Nazirliyi NATO-ya üzvlük protokolunun təsdiq edilməsi təklifinin Türkiye Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilməsindən sonra türkcə “Təşəkkür edirəm” mesajı paylaşıb.
Finlandiya Xarici İşlər Nazirliyinin "Twitter" hesabında da NATO-ya üzvlük prosesi ilə bağlı paylaşım edilib.

Paylaşımda "Təşəkkür edirik! Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqləmə qərarına görə Türkiye Böyük Millət Məclisinə minnətdarıq" deyilib.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da "Twitter" hesabında proseslə bağlı məlumat verib və deyib:

"Bu gün 10 aydan çox davam edən prosesi geridə qoyduq. 17 may 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət etdik. Prosesi ilk təsdiqləyənlərr Kanada və Danimarka oldu. Macarıstan təsdiqini sabah Vaşinqtona təqdim etməlidir. İndi Türkiye Böyük Millət Məclis öz qərarını verdi. Tarixi günləri yaşayırıq”.
Qeyd edək ki, Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi Türkiye Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.



Әlaqәli Xәbәrlәr