İsxaq Hersoq müxalifət partiyalarının liderləri ilə görüşüb

İsrail prezidenti İsxaq Hersoq hökumətin mübahisəli məhkəmə islahatının təxirə salınmasından sonra danışıqlara vasitəçilik etmək üçün müxalifət liderləri ilə görüşüb.

1966458

İsrail Prezident Aparatının mətbuat xidmətindən verilən məlumatda 
İsxaq Hersoqun Qərbi Qüdsdəki Prezident İqamətgahında  ''Yeş Atid'' və Milli Birlik Partiyasının nümayəndələrini qəbul etdiyi qeyd olunub.
Bildirilib ki, İsxaq Hersoq müxalifət nümayəndələri ilə hökumətin qəbul etmək istədiyi, lakin ölkədə kütləvi nümayişlərə və tətillərə səbəb olan məhkəmə islahatı ilə bağlı danışıqlar aparıb.
İsrail prezidentinin digər partiyaların nümayəndələri ilə də görüşəcəyi bildirilib.
İsrailin baş naziri Benyamin Netanyahu martın 27-də axşam saatlarında xalqa müraciət edərək ölkədə kütləvi etirazlara və tətillərə səbəb olan məhkəmə islahatını təxirə saldığını açıqlamışdı.

Әlaqәli Xәbәrlәr