Oleksi Reznikov “Challenger 2” tankları ilә bağlı bәyanat yayıb

Ukraynanın müdafiə naziri Oleksii Reznikov Böyük Britaniyanın tədarük etdiyi “Challenger 2” tanklarının ölkəsinə gətirildiyini açıqlayıb.

1966289
Oleksi Reznikov “Challenger 2” tankları ilә bağlı bәyanat yayıb
Mark Rutte.jpg

Ukraynanın müdafiə naziri Oleksii Reznikov Böyük Britaniyanın tədarük etdiyi “Challenger 2” tanklarının ölkəsinə gətirildiyini açıqlayıb.

Rəsmi internet səhifəsində paylaşım edən Oleksi Reznikov Qərbin “tank koalisiyası” çərçivəsində Ukraynaya verilən tanklarla bağlı açıqlama verib.

“Böyük Britaniya tərəfindən tədarük edilən “Challenge 2” tankları ölkəmizə yeni gəlib” deyən Oleksi  Reznikov tanklara görə Böyük Britaniya rəhbərliyinə və xalqına təşəkkür edib.

Nazir Oleksi Reznikov bildirib ki, tanklar sınaqdan keçirilib və tezliklə döyüş meydanında istifadə ediləcək.

Digər tərəfdən Ukrayna Baş Qərargahından verilən açıqlamada Rusiya ordusunun son 24 saatda 24 hava və 12 raket hücumu təşkil etdiyi qeyd edilib.

Açıqlamada deyilir: “Dünən Donetsk vilayətinin Slovyansk şəhərinin infrastrukturuna raket hücumu nəticəsində dinc sakinlər həlak olub və yaralanıb”.

Açıqlamada rusların Xerson vilayətinin Berislav şəhərində həyata keçirdiyi hava hücumunda mülki obyektin zərər gördüyü bildirilib.

Rusiyanın gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyi və onlardan 14-nün Ukrayna qüvvələri tərəfindən vurulduğu bildirilib.

Bu arada Hollandiyanın baş naziri Mark Rutte ölkəsinin Ukraynaya döyüş təyyarələri göndərməyə müsbət yanaşdığını bildirib.

Mark Rutte Rotterdamda Almaniya kansleri Olaf Şolts ilə təşkil etdiyi mətbuat konfransında deyib: "Hollandiyada tərəfdaşlarımızla geniş şəkildə məsləhətləşmələr aparırıq, lakin hazırda pilotların döyüş təyyarələrindən istifadə üçün hazırlanması ilə bağlı heç bir qərar verilməyib. Burada hələ heç bir qərar verilməyib".

Xatırladaq ki, Ukrayna ötən ay Hollandiyadan ''F-16'' tipli  döyüş təyyarələri istəyib.



Әlaqәli Xәbәrlәr