Kolumbiyada yerli liderə sui-qəsd təşkil edilib

Kolumbiyada yerli lider silahlı hücum nəticəsində həyatını itirib.

1966086
Kolumbiyada yerli liderə sui-qəsd təşkil edilib

TRT Kolumbiya mətbuatında istinadla xəbər verir ki, Boyaca inzibati bölgəsinin Zulia kəndində Asomipaz icmasının lideri Qonzalo de Jesus Parra Foreroya silahlı hücum təşkil edilib. Farero hücum nəticəsində həyatını itirib. İnsident ilə bağlı istintaq başladılıb.

Ombudsman Aparatı və Kolumbiya İnkişaf və Sülh Araşdırmaları İnstitutu (İndepaz) liderə hücumu pisləyiblər. İndepazdan yayılan məlumata görə ilin əvvəlindən ölkədə 33 icma lideri qətlə yetirilib.



Әlaqәli Xәbәrlәr