Burkina Faso “France 24” telekanalının yayımını dayandırıb

Qərbi Afrika ölkəsi Burkina Faso ilə Fransa arasında gərginlik artaraq davam edir.

1965615
Burkina Faso “France 24” telekanalının yayımını dayandırıb

Qərbi Afrika ölkəsi Burkina Faso ilə Fransa arasında gərginlik artaraq davam edir.

Vaqaduqu administrasiyası “France 24” telekanalının ölkədə yayımını dayandırıb. Buna fransız yayımçısının “Əl-Qaidə” terror təşkilatının qondarma Şimali Afrika lideri ilə müsahibəsinin dərci Səbəb göstərilib. Kanalın terrorçular üçün ünsiyyət vasitəsi kimi çıxış etdiyi irəli sürülüb.

“France 24” martın 6-da “Əl-Qaidə” terror təşkilatının Şimali Afrika lideri adlandırılan şəxslə müsahibəni dərc edib. Yanvarda Vaqaduqu rəhbərliyi isə Fransaya qoşunlarını ölkədən çıxarmaq üçün nota verib. Fransa kanalı bundan əvvəl də terror təşkilatı PKK-ya dəstək verən verilişlər aparıb.

 



Әlaqәli Xәbәrlәr