ABŞ-ın Missisipi ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Missisipi ştatı və ətrafında ciddi dağıntılara və 26 nəfərin ölümünə səbəb olan tornado ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

1965333
ABŞ-ın Missisipi ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Missisipi ştatı və ətrafında ciddi dağıntılara və 26 nəfərin ölümünə səbəb olan tornado ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

ABŞ prezidenti Cozef Bayden dağıdıcı təsir göstərən 10-dan çox tornadonun təsiri nəticəsində Missisipi və ətrafında 26 nəfərin həyatını itirməsinin ardından bölgə üçün federal fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.

Milli Meteoroloji Xidməti Rolling Forkda təsirli olan tornadonun 5 bal üzərindən 4 bal gücündə olduğu və sürətinin saatda 300 kilometri keçdiyi anların təsbit edildiyi barədə məlumat paylaşıb.

Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) rəsmiləri bölgə xalqına etdiyi yardımlarını "Twitter"də paylaşım etdikdə, Missisipi ştatının Respublikaçı qubernatoru Teyt Rivz vətəndaşlara təhlükəsizliklə bağlı xəbərdarlıq edib.

Martın 23-ü axşam saatlarında Milli Meteoroloji Xidməti (NWS) fəlakətdən əvvəl ştatın Rolling Fork istiqamətində tornado ilə bağlı xəbərdarlıq edərək "Özünüzü qorumaq üçün dərhal tədbir görün" bəyanatını yaymışdı.



Әlaqәli Xәbәrlәr