Dmitri Medvedev əhəmiyyətli bəyanatlar verib
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xarici silahların Ukraynaya göndərilməsinin hər gün nüvə qıyamətini yaxınlaşdırdığını bildirib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xarici silahların Ukraynaya göndərilməsinin hər gün nüvə qıyamətini yaxınlaşdırdığını bildirib.
Rusiyalı jurnalistlərə müsahibə verən Dmitri Medvedev gündəmdəki aktual mövzuları qiymətləndirib.
Nüvə müharibəsi ehtimalını qiymətləndirən Dmitri Medvedev deyib: "Ukraynaya xarici silahların göndərilməsi nüvə qıyamətini hər gün yaxınlaşdırır''.
Qeyri-qanuni ilhaq edilmiş Krımın geri qaytarılması ilə bağlı bəyanatlara toxunan Dmitri Medvedev bunun “təbliğat” olduğunu bildirib.
Dmitri Medvedev Rusiya ilə Ukrayna arasındakı danışıqlar məsələsinə də toxunub. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu məsələnin müzakirə yolu ilə həll edilməsinin tərəfdarı olduqlarını ancaq Ukraynanın buna qarşı olduğunu vurğulayıb.
Medvedev bildirib ki, Qərb ölkələri Rusiyaya mümkün qədər çox zərər vurmağı hədəfləyir.