Şimali Koreya “radioaktiv sunami” yarada bilən sualtı gəmisini sınaqdan keçirib

Martın 21-də Şimali Koreya nüvə yükü daşıya bilən yeni sualtı dronu sınaqdan keçirib.

1964713
Şimali Koreya “radioaktiv sunami” yarada bilən sualtı gəmisini sınaqdan keçirib

Şimali Koreya administrasiyası partlayışla iri miqyaslı radioaktiv sunami yarada bilən və düşmən hədəflərinə gizli hücum edə bilən “pilotsuz sualtı nüvə zərbə maşını”nı uğurla sınaqdan keçirdiyini açıqlayıb.

Sınaqdan fotolar da paylaşılıb, Şimali Koreya lideri Kim Çen Inin mımnun görüntüləri sanki dünyaya meydan oxuyur.

Bu barədə  Dövlət xəbər agentliyi (KCNA) : “Bu gizli silah pilotsuz sualtı hücum gəmisidir. Onun vəzifəsi gizli şəkildə su altında üzmək, düşmən gəmi qruplarını və limanını məhv etmək və sualtı partlayış vasitəsilə supergüclü radioaktiv sunami yaratmaqdır”.

Sınaqlara Şimali Koreya lideri Kim Çen In nəzarət edib.

 



Әlaqәli Xәbәrlәr