İsveç Parlamenti NATO-ya üzv olmağa icazə verən qanun layihəsini təsdiqləyib

TRT xəbər verir ki Parlamentdə keçirilən səsvermədə NATO-ya üzvlüyə 269 əleyhdə 37 lehdə səs verilib.

1963968
İsveç Parlamenti NATO-ya üzv olmağa icazə verən qanun layihəsini təsdiqləyib

Sol Partiya və Yaşılların Ətraf Mühit Partiyası NATO üzvlüyünün əleyhinə səs verib.

İsveçin NATO-ya üzv olması üçün Türkiyə və Macarıstanın icazəsi lazımdır.

Hazırda 28 NATO ölkəsi Finlandiya və İsveçin NATO üzvlüyünü qəbul edib.

Xarici işlər naziri Tobias Billström parlamentdəki səsverməni “tarixi hadisə” kimi qiymətləndirib. O: “İkinci Dünya Müharibəsindən sonra İsveç təhlükəsizlik baxımından ən ciddi vəziyyətdədir. NATO-ya üzvlük İsveçin təhlükəsizliyini təmin edəcək, həmrəyliyə töhfə verərək bütün Avropa Atlantika regionunun təhlükəsizliyini gücləndirəcək”.

Billström əlavə edib: “İsveç NATO-ya kiberhücumlar, yeni texnologiya və kosmik tədqiqatlar kimi sahələrdə töhfə vermək üçün unikal imkanlara malikdir. İsveç etibarlı müttəfiq olacaq”.

Müdafiə naziri Pal Jonson da İsveçin NATO-ya hərbi inteqrasiyası üçün çox çalışdıqlarını bildirib və ölkəsinin NATO üzvlüyünün Avropaya böyük töhfə verəcəyini, buunun təhlükəsizlik, müdafiə və siyasi nəticələrinin olacağını vurğulayıb.



Әlaqәli Xәbәrlәr