Annalena Berbok əhəmiyyətli bəyanatlar verib
Almaniyanın xarici işlər naziri Annalena Berbok Şimali Makedoniyanın yerinin Avropa İttifaqı (Aİ) olduğunu bildirib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Şimali Makedoniyanın yerinin Avropa İttifaqı (Aİ) olduğunu bildirib.
A.Berbok Şimali Makedoniyaya səfər etməzdən əvvəl əhəmiyyətli bəyanatlar verib.
"Şimali Makedoniyanın yeri, digər Qərbi Balkan tərəfdaşlarımız kimi, Avropa İttifaqıdır'',-deyə Analena Berbok qeyd edib.
Şimali Makedoniya xalqının üzvlük prosesi ilə bağlı böyük ümid və gözləntilərinin onlar üçün həm fürsət, həm də təhlükə olduğuna diqqət çəkən Analena Berbok deyib: “Bu, bir təhlükədir, çünki son 17 ildə əldə edilən bütün irəliləyişlərə baxmayaraq Aİ olaraq onların gözləntilərini qarşılaya bilməsək makedoniyalıları itirə bilərik”.
Analena Berbok çıxışında: “Şimali Makedoniya parlamentində konstitusiya dəyişikliyinə geniş dəstək təkcə ölkə daxilində deyil, həm də ondan uzaqda bütün regiona siqnal göndərəcək: ''Avropa İttifaqına tam hüquqlu üzv olmaq istəyirik və bunun üçün lazımi addımları atacağıq'' ifadələrinə yer verib.
Әlaqәli Xәbәrlәr

Tunisdə iki təyyarə qəzaya düşüb, ölənlər var
Tunisdə iki təyyarənin qəzaya uğraması nəticəsində 2 fransız turist ölüb, 2-si yaralanıb.