Fransada yanacaq çatışmazlığı yaranıb

Fransada pensiya islahatı əleyhinə aksiyalar keçirən bir çox sektorlarda olduğu kimi, neft emalı zavodu işçilərinin də tətili səbəbindən yanacaqdoldurma məntəqələrinin 13,1%-də xidmət dayanıb.

1963488
Fransada yanacaq çatışmazlığı yaranıb

TRT yerli mediaya istinadla xəbər verir ki, Fransanın 34 bölgəsində yanacaq çatışmazlığı hökm sürür. Neft emalı zavodunun işçilərinin tətili ilə yaranan yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrinin girişində uzun növbələr yaranmağa başlayıb.

Ölkədəki yanacaqdoldurma məntəqələrinin üçdə birinə sahib olan “TotalEnergies” benzin və dizel qıtlığını aradan qaldırmaq üçün hərəkətə keçdiyini açıqlasa da, tətillərin davam etməsi səbəbindən yanacaq çatışmazlığının daha da artması gözlənilir.

Sabah (23 Mart) ölkə üzrə pensiya islahatına qarşı kütləvi tətil və nümayişlərin doqquzuncusu keçiriləcək. Aksiyalara milyonlarla insanın qatılacağı ehtimal olunur. Tətillər və etirazlar səbəbindən nəqliyyat və enerji də daxil olmaqla bir çox sektorda işlərin ləng olacağı proqnozlaşdırılır.

Fransada pensiya yaşı sentyabrın 1-dən hər il tədricən 3 ay artırılacaq. Pensiya yaşı 2027-ci ildə 62-dən 63 yaş 3 aya, 2030-cu ildə isə 64 yaşa yüksələcək.

 



Әlaqәli Xәbәrlәr