Volker Türk Avropada artan islamofobiyanı qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, Qurani-Kərimin yandırılması kimi təxribat xarakterli addımlar cəmiyyətlər arasında uçurum yaratmaq məqsədi daşıyır.

1962976

Volker Türk Beynəlxalq İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Günü münasibətilə mətbuat nümayəndələrinə açıqlama verib.
Avropada müsəlmanlara qarşı artan islamofobiyaya toxunan Volker Türk dünyanın bir çox yerində və həyatın bir çox sahəsində müsəlmanların dinlərinə görə ayrı-seçkiliyə məruz qaldıqlarını bildirib.
Volker Türk CV-lərində müsəlman olaraq açıq şəkildə qeyd olunan namizədlərin işə qəbul zamanı bərabər xüsusiyyətlərə malik namizədlərlə müqayisədə daha az iş müsahibəsi dəvəti aldıqlarına dair xəbərlərə şahidlik etdiklərinə diqqət çəkib.
Volker Türk Qərbdə miqrant  və qaçqınların ümumiyyətlə hücuma məruz qaldığını bildirib.
''Qaçqınların hüquqi vəziyyətinə dair konvensiyanın qaçqınların statusu ilə bağlı üçüncü maddəsi irq, din və mənşəyindən asılı olmayaraq tətbiq edilməlidir'',-deyə Volker Türk qeyd edib.

Әlaqәli Xәbәrlәr