İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransında çıxış ediblər

Almaniya kansleri Olaf Şolts Azərbaycanın Almaniya və Avropa İttifaqı (Aİ) üçün çox vacib tərəfdaş olduğunu deyib

1960057
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransında çıxış ediblər

Almaniya kansleri Olaf Şolts Azərbaycanın Almaniya və Avropa İttifaqı (Aİ) üçün çox vacib tərəfdaş olduğunu deyib.

Almaniya kansleri Olaf Şolts və  Azərbaycan Prezidenti İlham Əliyev paytaxt Berlində keçirdikləri görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər.

Görüşdə iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinin yollarını müzakirə etdiklərini deyən Olaf Şolts Azərbaycan və Aİ-nin Şərq Tərəfdaşlığı çərçivəsində daha sıx əməkdaşlıq etmək istədiyini bildirib.

"Azərbaycan Almaniya və Avropa İttifaqı  üçün çox vacib tərəfdaşdır'',-deyə Olaf Şolts qeyd edib.

Azərbaycanın Almaniya və Avropanın enerji təchizatını diversifikasiya etmək potensialına malik olduğuna diqqət çəkən Olaf Şolts  Rusiya-Ukrayna müharibəsinin Azərbaycan və Cənubi Qafqaza təsirini də müzakirə etdiklərini bildirib.

Rusiyanın Ukraynaya hücumunun beynəlxalq hüquqa zidd olduğunu qeyd edən Olaf Şolts Rusiya prezidenti Vladimir Putinin öz planından vaz keçməsinin və qoşunlarını Ukraynadan çıxarmasının vacibliyini vurğulayıb.

Almaniyanın Ermənistan-Azərbaycan sərhədindəki qeyri-sabitlikdən narahat olduğunu vurğulayan Olaf Şolts deyib: ''Bizim arzumuz budur ki, bu münaqişə qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapsın. Burada sülh yolu ilə həll deyəndə təbii onu nəyi nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun''.

Azərbaycan prezidenti İlham Əliyev də öz növbəsində bildirib ki, İndi sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq.

Avropa ilə enerji əməkdaşlığına dair  saziş imzaladıqlarını bildirən İlham Əliyev deyib: ''Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. 2021-ci ildə əgər Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm təqribən, 12 milyard kubmetrə çatacaq. Bu, bizim ümumi ixracatımızın yarısı deməkdir''.
Berlində 30-a yaxın alman iş adamı ilə görüşdüyünü bildirən İlham Əliyev investisiya məsələlərini müzakirə etmək üçün alman iş adamlarını Azərbaycana dəvət edib.



Әlaqәli Xәbәrlәr