Olaf Şolts: "Ukraynaya hərbi dəstəyimizi davam etdirəcəyik"

Olaf Şolts Rusiya ilə təklif olunan sülh danışıqlarına şübhə ilə yanaşdığını bəyan edib və ölkəsinin Ukraynaya hərbi dəstəyini davam etdirəcəyini bildirib.

1959541
Olaf Şolts: "Ukraynaya hərbi dəstəyimizi davam etdirəcəyik"

Almaniya kansleri Olaf Şolts Rusiya ilə təklif olunan sülh danışıqlarına şübhə ilə yanaşdığını bəyan edib və ölkəsinin Ukraynaya hərbi dəstəyini davam etdirəcəyini bildirib.

Şolts Butanın Baş naziri Lotay Tshering ilə paytaxt Berlində keçirdiyi birgə mətbuat konfransında Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı başlatdığı müharibənin davam etdiyinə diqqət çəkərək, "Rusiya yeni qoşunlar toplayır və onları cəbhəyə göndərir. Bu şərtlər daxilində danışıqlardan söhbət gedə bilməz" deyib.

"Biz Ukraynaya hərbi dəstək verməyə davam edəcəyik. Hazırda gördüyümüz iş vəziyyəti dəyişmək və Ukrayna üçün ədalətli sülhü mümkün etmək məqsədi daşıyır", - deyə Şolts qeyd edib.

Ukraynanın sülhə hazır olduğunu, lakin bunun diktə edilmiş sülh ola bilməyəcəyini vurğulayan Şolts "Kimsə başınıza silah dayadıqda danışıqlar aparmaq olmaz. Amma Rusiya prezidenti hələ də bunu etmək niyyətindədir" ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr