Faysal bin Fərhan: "Razılaşma bütün məsələlərin həll olunduğu mənasını daşımır"

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan İranla diplomatik münasibətlərin bərpası haqqında razılaşmanın bütün məsələlərin həll olunduğu mənasını daşımadığını bildirib.

1958751
Faysal bin Fərhan: "Razılaşma bütün məsələlərin həll olunduğu mənasını daşımır"

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan İranla diplomatik münasibətlərin bərpası haqqında razılaşmanın bütün məsələlərin həll olunduğu mənasını daşımadığını bildirib. 

Səudiyyə Ərəbistanının dəstəklədiyi “Sarkul Evsat” qəzetinə danışan Bin Ferhan “İranla razılaşma məsələləri dialoq və diplomatiya yolu ilə həll etmək üçün ortaq istəyin göstəricisidir” deyib. 

“İki ay ərzində İranla əlaqələri bərpa etməyə hazırlaşdıqlarını” qeyd edən Bin Ferhan gələcəkdə qarşılıqlı səfərlərin həyata keçirilə biləcəyini bildirib.

Səudiyyə Ərəbistanı ilə İran arasında əldə olunan razılaşmada Çinin roluna toxunan Bin Ferhan deyib:

“Rəsmi Pekin və Tehranla regionda təhlükəsizlik və sabitlik mühitinin yaradılmasında ümumi maraqlarımız var”. 

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.

İki ölkə arasında əldə olunan razılaşma martın 10-da İran, Səudiyyə Ərəbistanı və Çinin birgə bəyanatında açıqlanıb.

2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq” ittihamı ilə edam edilib.

Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra İranda nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları yandırılıb. Yəməndə 2015-ci ilin martında başlayan böhran səbəbindən onsuz da gərgin olan iki ölkə arasında diplomatik əlaqələr tamamilə kəsilib.



Әlaqәli Xәbәrlәr