İsveçdə xüsusilə terrora və PKK-ya qarşı fəaliyyətlər artırılıb

İsveçin NATO-ya Üzvlük üzrə Baş Müzakirəçisi Oskar Stenström ölkəsinin terrora və PKK-ya qarşı fəaliyyətini gücləndirdiyini bildirib.

1957494
İsveçdə xüsusilə terrora və PKK-ya qarşı fəaliyyətlər artırılıb

İsveçin NATO-ya Üzvlük üzrə Baş Müzakirəçisi Oskar Stenström ölkəsinin terrora və PKK-ya qarşı fəaliyyətini gücləndirdiyini bildirib.
NATO-nun Brüsseldəki mənzil-qərargahında Türkiye, İsveç və Finlandiya arasında Üçtərəfli Memorandum çərçivəsində yaradılmış “Daimi Birgə Mexanizm”in üçüncü iclası keçirilib.

Daha sonra mətbuat konfransı keçirən Stenström İsveç hökumətinin terror təşkilatı PKK-ya qarşı konkret addımlar atdığını ifadə edərək, "Ciddi mütəşəkkil cinayətkarlıqla terrorun maliyyələşdirilməsi arasında əlaqə ölkəmiz üçün problemdir. Buna görə də İsveç səlahiyyətliləri konkret addımlar atır. Hökumət bu gün parlamentə cinayət qanunu layihəsi təqdim edib. Hakimiyyət xüsusilə terrora və PKK-ya qarşı fəaliyyətləri gücləndirib” deyib.

Daimi Müştərək Mexanizm iclasının yaxşı keçdiyini və irəliləyiş əldə etdiklərini bildirən Stenström əlavə edib ki, hazırda Türkiyedəki mövcud parlament İsveçin NATO-ya üzvlük müraciətinin təsdiq edilib-edilməyəcəyi ilə bağlı şərh verməyəcək.

Qeyd edək ki, ölkədə terror təşkilatlarına üzv olmağın cinayət hesab edilməsini nəzərdə tutan qanun layihəsində terror fəaliyyətlərində iştirak edən və terror təşkilatları ilə əməkdaşlıq edən şəxslərə 4 ilə qədər iş kəsiləcək.



Әlaqәli Xәbәrlәr