İqor Konaşenkov: ''Rusiya qüvvələri Ukraynaya məxsus hədəflərə ağır zərbələr endirib''

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov ötən həftə Bryansk vilayətindəki "terror aktları"na cavab olaraq Ukraynadakı hədəfləri yüksək dəqiqlikli raketlərlə vurduqlarını bildirib.

1957471

Konaşenkov paytaxt Moskvada verdiyi açıqlamada Ukraynanın martın 2-də Rusiyanın Bryansk bölgəsinə etdiyi hücumlara lazımi cavabın verildiyini deyib.
İqor Konaşenkov “Kinjal hipersəs raket sistemi daxil olmaqla hava, dəniz və quruda yerləşən yüksək dəqiqlikli raketlərlə Ukrayna hərbi qüvvələrinin mövqeləri, müdafiə sənayesi müəssisələri və obyektləri vurulub” deyib.

İqor Konaşenkov qeyd edib ki, hücum nəticəsində silahlı pilotsuz təyyarələrin bazaları məhv edilib, ehtiyatların və xarici silahların daşınması üçün istifadə edilən dəmir yolu nəqliyyatı dayandırılıb. 

Ukrayna Baş Qərargah rəisi Valeri Zalujnı Rusiyanın Ukraynanın kritik əhəmiyyətə malik infrastrukturuna 81 raket hücumu təşkil etdiyini açıqlayıb.

Ukrayna Energetika Nazirliyi də Kiyev, Mikolayev, Xarkov, Zaporojya, Odessa, Dnepropetrovsk və Jitomir vilayətlərinin enerji obyektlərinin hədəf alındığını bəyan edib.

Әlaqәli Xәbәrlәr