ABŞ taxıl dəhlizi müqaviləsinin müddətinin uzadılmasını dəstəkləyir

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays BMT-nin Baş katibi Antonio Quterreş və Türkiyenin təşəbbüsləri ilə martın 18-dək uzadılan Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsünün yenidən uzadılmasını dəstəklədiklərini bildirib.

1956894
ABŞ taxıl dəhlizi müqaviləsinin müddətinin uzadılmasını dəstəkləyir

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş və Türkiyenin təşəbbüsləri ilə martın 18-dək uzadılan Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsünün yenidən uzadılmasını qətiyyətlə dəstəklədiklərini bildirib.
Gündəlik mətbuat konfransında açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays "Qara Dəniz Taxıl Təşəbbüsü qlobal ərzaq təhlükəsizliyi ilə mübarizədə və ərzaq qiymətlərində sabitliyin təmin edilməsində mühüm bir vasitədir. ABŞ, Baş katib Quterreşin Türkiye ilə birlikdə Rusiya və Ukrayna taxılını dünya bazarına çıxarma cəhdlərini güclü şəkildə dəstəkləyir. Baş katibin Kiyevdən təşəbbüsü martın 18-dək uzatmaq çağırışını dəstəkləyirik” deyib.

N.Prays xatırladıb ki, ötən ilin avqust ayından Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsü çərçivəsində bazara 23 milyon metrik ton taxıl və yağlı bitkilər çıxarılıb.

Bu taxılın 4 milyon metrik tonunun inkişaf etməkdə olan ölkələrə getdiyini qeyd edən Prays təşəbbüs çərçivəsində Yəmən, Efiopiya, Somali və Əfqanıstan kimi ciddi ərzaq böhranı ilə üzləşən ölkələrə Ümumdünya Ərzaq Proqramı vasitəsilə 16 gəminin taxıl çatdırıldığını qeyd edib.

Xatırladaq ki, Ukraynada müharibənin başlaması ilə ortaya çıxan qlobal ərzaq böhranının həlli üçün Türkiyenin koordinasiyası ilə həyata keçirilən taxıl daşınması ilə bağlı Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsü İstanbulda 22 iyul 2022-ci il tarixində Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Ukrayna, Rusiya, Türkiye və BMT arasında imzalanıb. 

Daha sonra 19 noyabr 2022-ci ildə Prezident Ərdoğanın təşəbbüsləri ilə Türkiyenin ev sahibliyi etdiyi dördtərəfli danışıqlar nəticəsində müddəti bitmiş təşəbbüs 19 noyabr 2022-ci il tarixindən 120 gün uzadılıb.

Həmin müqavilənin müddəti martın 18-də başa çatır.



Әlaqәli Xәbәrlәr