Banqladeşdə baş verən partlayışda ölənlərin sayı 19 nəfərə çatıb

Banqladeşin paytaxtı Dəkkə şəhərində martın 7-də binalardan birində baş verən partlayışda 19 nəfər həyatını itirib.

1956752
Banqladeşdə baş verən partlayışda ölənlərin sayı 19 nəfərə çatıb

Banqladeşin paytaxtı Dəkkə şəhərində martın 7-də binalardan birində baş verən partlayışda 19 nəfər həyatını itirib.

CNN-in xəbərinə görə, polis işçisi Mahid Uddin Xondekar Gülüstan bölgəsində 7 mərtəbəli binada baş verən partlayışın səbəbinin hələ müəyyən edilmədiyini, ancaq qazın partlaması nəticəsində baş vermiş ola biləcəyini bildirib.

Xondekar qeyd edib ki, yanğın və axtarış-xilasetmə işləri başa çatdıqdan sonra ölənlərin və dağıntının nəticəsi məlum olacaq.

Partlayış zamanı binada çox adam olmadığını qeyd edən Xondekar hadisədə həyatını itirənlərin sayının 19 olduğunu bildirib.

Xondekar binanın hərəkətli küçədə yerləşdiyi üçün partlayışdan piyadaların təsirləndiyini bildirib.

Qeyd olunub ki, 22-si xəstəxanada müalicə olunan 100-ə yaxın adamın yaralandığı partlayış bir çox ofis və mağazaların yerləşdiyi binanın birinci mərtəbəsində təmizlik materialları satan iş yerində baş verib.



Әlaqәli Xәbәrlәr