BMT: ''Qaçqın düşərgəsində baş verən yanğın nəticəsində 12 min adam evsiz qaldı''

Birləşmiş Millətlər Təşkilatı (BMT) Banqladeşin Koks Bazar bölgəsində rohinca müsəlmanlarının yaşadığı qaçqın düşərgəsində baş verən yanğın nəticəsində 2 min çadırın yandığını, 12 min qaçqının evsiz qaldığını açıqlayıb.

1955696
BMT: ''Qaçqın düşərgəsində baş verən yanğın nəticəsində 12 min adam evsiz qaldı''

Birləşmiş Millətlər Təşkilatı (BMT) Banqladeşin Koks Bazar bölgəsində rohinca müsəlmanlarının yaşadığı qaçqın düşərgəsində baş verən yanğın nəticəsində 2 min çadırın yandığını, 12 min qaçqının evsiz qaldığını açıqlayıb.
BMT-nin Miqrasiya Təşkilatından (IOM) verilən yazılı açıqlamada Koks Bazardakı düşərgədə dünən baş verən yanğının böyük ziyana səbəb olduğu bildirilib.
Açıqlamada deyilir: "Yanğın nəticəsində  2 minə yaxın çadır yanıb, 12 min rohinca müsəlmanı isə evsiz qalıb''.
Beynəlxalq Miqrasiya Təşkilatının Banqladeş üzrə nümayəndəsi Fathima Nusrat Qazzali deyib:"Yanğından zərər çəkənlərin ərzaq, səhiyyə, müdafiə, su və gigiyena ehtiyacları da daxil olmaqla təcili ehtiyaclarının ödənilməsini təmin etmək üçün digər humanitar aktorlarla koordinasiya edirik".
Qazzali sığınacaqların təmiri, yenidən qurulması üçün dəstək verəcəklərini qeyd edib.
2012-ci ildə Myanmanın Arakan ştatında buddistlərlə müsəlmanlar arasında qarşıdurma baş vermiş, əksəriyyəti müsəlman olmaqla minlərlə insan həlak olmuş, yüzlərlə ev və iş yeri yandırılmışdı.

2017-ci ilin avqustunda Arakandakı sərhəd postlarına eyni vaxtda edilən hücumlara görə Myanma ordusu və Buddist millətçiləri kütləvi zorakılığa başlayıb.

BMT-nin məlumatına görə, 2017-ci ilin avqustundan sonra Arakandakı  zülmdən qaçaraq Banqladeşə sığınanların sayı 900 minə çatıb.

Beynəlxalq insan haqları təşkilatları paylaşdıqları peyk görüntüləri ilə yüzlərlə kəndin dağıdıldığını sübut etdilər.

BMT və beynəlxalq insan haqları təşkilatları rohinca müsəlmanlarına  qarşı zorakılığı “etnik təmizləmə” və ya “soyqırım” adlandırırlar.



Әlaqәli Xәbәrlәr