Hondurasda silahlı insident, ölənlər var

Mərkəzi Amerika ölkəsi Hondurasda silahlı hücum nəticəsində 7 nəfər həlak olub.

1955218
Hondurasda silahlı insident, ölənlər var

Mərkəzi Amerika ölkəsi Hondurasda silahlı hücum nəticəsində 7 nəfər həlak olub.

Yerli mətbuat orqanlarının yaydığı məlumata əsasən, paytaxt Tequsiqalpanın Komayagüela şəhərində silahla öldürülən 7 nəfərin meyiti tapılıb.

Meyitlərdən 4-nün qadın olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanıldığı və meyitlərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün morqa aparıldığı qeyd olunub.

Polisin məlumatına görə, Hondurasda zorakılıqlar nəticəsində hər gün orta hesabla 10-15 adam öldürülür.



Әlaqәli Xәbәrlәr