Bruno Le Maire: ‘‘Aztәminatlı ailәlәrә әrzaq yardımı edilәcәk’’

Fransanın İqtisadiyyat naziri Bruno Le Maire aztəminatlı ailələrə ərzaq yardımının ediləcəyini bildirib.

1955609
Bruno Le Maire: ‘‘Aztәminatlı ailәlәrә әrzaq yardımı edilәcәk’’

Fransanın İqtisadiyyat naziri Bruno Le Maire aztəminatlı ailələrə ərzaq yardımının ediləcəyini bildirib.

Bruno Le Maire paytaxt Parisdə ərzaq  tədarükü şirkətlərinin rəhbərləri ilə görüşüb.

İnflyasiya ilə mübarizə və sürətli qiymət artımının qarşısını almaq üçün iyun ayına qədər bazarlarda ərzaq qiymətlərini sabitləyəcəklərini ifadə edən Bruno Le Maire aztəminatlı ailələrə də ərzaq çekləri paylayacaqlarını bildirib.

Ərzaq tədarükçüləri ilə qiymətləri illik olaraq sabit saxlamaq kimi bir formula üzərində çalışdıqlarını qeyd edən Bruno Le Maire qiymətlərin mümkün qədər aşağı salınacağını və tədarükçülərin bir-birindən asılı olmayaraq qiymətləri təyin edə biləcəyini söylədi.



Әlaqәli Xәbәrlәr