ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

ABŞ Ukraynaya silah-sursat dəstəyi də daxil olmaqla yeni hərbi yardım paketini elan edəcək.

1954106
ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq

ABŞ Ukraynaya silah-sursat dəstəyi də daxil olmaqla yeni hərbi yardım paketini elan edəcək.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Kirbi ABŞ prezidenti Co Bayden ilə paytaxta səfər edəcək Almaniya kansleri Olaf Şolzun Ukraynanın gələcək həftə və aylarda ehtiyac duyacağı yeni yardımı müzakirə edəcəklərini bildirib.

Bundan əlavə Kirbi ABŞ-ın Ukraynaya HIMARS və artilleriya sistemləri kimi onsuz da sahib olduqları sistemlər üçün lazımi silah-sursat dəstəyi də daxil olmaqla, sabah yeni bir yardım paketi açıqlayacağını bildirib və yardımın təfərrüatları haqqında məlumat verməyib.

Kirbi həmçinin dövlət katibi Antoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Yeni Dehlidə G20 toplantısı çərçivəsində keçirilən görüşə də toxunub. 
Kirbi bildirib ki, Antoni Blinken Rusiyanı nüvə silahlarına nəzarət üzrə START müqaviləsinin dayandırılması ilə bağlı qərarını ləğv etməyə çağırıb. Həmçinin ABŞ əsgəri Pol Uilanın Rusiya həbsxanasından azad edilməsini istəyib. Dövlət katibi ABŞ-ın Ukraynaya dəstəyini davam etdirəcəyini də vurğulayıb.



Әlaqәli Xәbәrlәr