ABŞ: İsveç və Finlandiyanın eyni vaxtda NATO-ya qoşulması şərt deyil

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

1954105
ABŞ: İsveç və Finlandiyanın eyni vaxtda NATO-ya qoşulması şərt deyil

"Əhəmiyyətli olan Finlandiya və İsveçin NATO-ya qoşulmasıdır. Bunun eyni vaxtda olub-olmamasının əhəmiyyəti yoxdur”.
Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Kirbi hər iki ölkənin “NATO-da nəhəng müttəfiqlər” olacağını bildirib.

Qeyd edək ki, Türkiyedən də iki ölkənin üzvlük proseslərinin eyni sürətlə getməyəcəyinə dair bəyanatlar səslənib.

Digər tərəfdən, İsveç və Finlandiya hökumətləri birlikdə müraciət etdikləri NATO-ya eyni anda üzv olmaq istədiklərini bildiriblər.

Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın sonunda verdiyi açıqlamada “Lazım gələrsə, Finlandiya ilə bağlı fərqli mesaj verə bilərik. Finlandiya haqqında fərqli mesaj verdikdə İsveç şoka düşəcək. Lakin Finlandiya da eyni səhvə yol verməməlidir” deyib.

Xatırladaq ki, cari il İsveçdə Quran yandırıldıqdan sonra Türkiye danışıqları dondurub.


Etiketlәr: #İsveç , #Finlandiya , #NATO

Әlaqәli Xәbәrlәr