“Twitter” çökürmü?

“Down Detector” veb-saytının məlumatına görə...

1953509
“Twitter” çökürmü?

 

  “Twitter” sosial media platforması bütün dünyada iflasa uğrayıb.

  “Twitter” istifadəçiləri səhər saatlarından etibarən tətbiq axınına çata bilməyib.

  Bu cür kəsintiləri izləyən “Down Detector” veb-saytının məlumatına görə, hazırda 5000-dən çox problem qeydə alınsa da, kəsilmənin səbəbi qeyri-müəyyən olaraq qalır.

  “Twitter” istifadəçilərinin 62 faizi proqram, 34 faizi internet saytı, 4 faizi isə server bağlantısı ilə bağlı problem yaşadığını bildirib.

  Məsələ Elon Maskın “Twitter”də daha 200 əməkdaşını - qalan işçi qüvvəsinin təxminən 10 faizini işdən çıxarmasından bir neçə gün sonra ortaya çıxıb.

  Qeyd edək ki, fevralın 25-indən elan edilən ixtisarlar “Twitter”in işçi qüvvəsini 2000-dən aşağı salıb.



Әlaqәli Xәbәrlәr