Beynəlxalq Atom Enerjisi Agentliyi Türkiyeyə tibbi avadanlıqlar göndərib

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar Türkiyeyə müxtəlif mobil tibbi avadanlıqlar, eləcə də rentgen avadanlıqları göndərib.

1952920

MAQATE açıqlamasında bu yardım paketinin Türkiyeyə ilk təcili yardım paketi olduğunu bildirib.

Məlumata görə, ABŞ və Yaponiya başda olmaqla, bir çox üzv ölkə bu istiqamətdə Agentliyə dəstək verib.

Açıqlamada ilk təcili yardım paketinə portativ və mobil rentgen cihazlarının daxil olduğu, zəlzələdə zədələnmiş cihazların yerinə sözügedən tibbi avadanlıqların istifadə ediləcəyi qeyd olunub.

Yardım paketinin Türkiyeyə çatdığı bildirilib.

Agentliyin zəlzələdən zərər çəkmiş Türkiye və Suriyaya dəstəyinin davam edəcəyi qeyd edilən açıqlamada gələcək həftələrdə bölgəyə müxtəlif texniki avadanlıqlarla yanaşı rentgen aparatlarının da göndəriləcəyi bildirilib.

Әlaqәli Xәbәrlәr