Qazaxıstanda helikopter sərt eniş edib, ölən və yaralananlar var

Qazaxıstanın qərbində ''Mi-8'' tipli helikopterin sərt eniş zamanı qəzaya uğradığı bildirilib, nəticədə 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

1950759

Qazaxıstan Mülki Aviasiya Komitəsindən verilən yazılı açıqlamada  hadisə yerli vaxtla saat 16.00-da baş verib. Helikopterin göyərtəsində 5 ekipaj üzvü ilə bir sərnişinin olduğu bildirilib.
Açıqlamada qeyd olunub ki, yerli vaxtla saat 19:00 radələrində hadisə yerinə gedən xilasedicilər sərt eniş zamanı ekipajdan 4 nəfərin öldüyünü müəyyən edib və 2 nəfəri xilas edib.
Helikopterdə olan sərnişinin Qazaxıstan Milli Neft Şirkətinin nümayəndəsi olduğu və şirkətin göstərişi ilə bölgədəki boru kəmərinə baxış keçirmək üçün havaya qalxdığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.

Әlaqәli Xәbәrlәr