Braziliyada güclü yağışlar nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb

Braziliyanın San-Paulu əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

1950768

San-Paulo əyalətinin səlahiyyətlilərinin verdiyi bəyanata görə, fevralın 18-dən bəri davam edən sel fəlakətlərində ölənlərin sayının 50-yə yüksəldiyi, axtarış-xilasetmə işlərinin davam etdiyi əyalətdə sel və torpaq sürüşmələrində 1815 nəfərin evsiz qaldığı bildirilib.

Rəqəmlər dəqiq olmasa da, itkin düşən 30-dan çox insanla bağlı axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunub. 

Rabitə xətlərinin zədələnməsi səbəbindən əlaqə qurmağın çətinləşdiyi bölgədə yardım fəaliyyətləri üçün mərkəzi hökumətdən büdcə ayrıldığı bildirilib. 

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva fevralın 21-də təbii fəlakət bölgəsinə səfər edib və helikopterlə havadan tədqiqat aparıb.

Әlaqәli Xәbәrlәr