Çin-Tacikistan sərhədində güclü zəlzələ baş verdi

Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə...

1950267
Çin-Tacikistan sərhədində güclü zəlzələ baş verdi

 

    Çin-Tacikistan sərhədində 7,2 bal gücündə zəlzələ baş verib.

  Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə, Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsi ilə Tacikistanın şərqindəki Dağlı Bədəxşan Muxtar Vilayəti sərhədi yaxınlığında Çin vaxtı ilə səhər saat 8:37-də (Bakı vaxtı ilə 4:37) 7,2 bal gücündə zəlzələ qeydə alınıb.

  ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasını 6,8, episentri isə sərhədin Tacikistan tərəfindəki Murqob şəhərindən 67 kilometr qərbdə olduğunu bildirib.

  Zəlzələ Qırğızıstanın paytaxtı Bişkek, Oş və onun şəhərlərində də hiss olunub.

  Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.



Әlaqәli Xәbәrlәr