Braziliyada leysan yağışları nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb

Braziliyanın San-Paulu əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 40 nəfər həyatını itirib.

1949282
Braziliyada leysan yağışları nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb

Braziliyanın San-Paulu əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 40 nəfər həyatını itirib.

San-Paulu valisi Tarçizio Qomes de Freitas bildirib ki, güclü yağışlar nəticəsində Ubatuba, San-Sebastiao, İlhabela, Karaquatatuba və Bertioqa əyalətlərində fəlakət vəziyyət rejimi elan edilib.

Freitas sel və torpaq sürüşmələrində 40 nəfərin həyatını itirdiyini, 228 nəfərin təxliyə edildiyini, 338 nəfərin isə evsiz qaldığını bildirib.

Axtarış-xilasetmə mübarizəsinə dəstək üçün bölgəyə silahlı qüvvələrin iki helikopterinin göndərildiyini vurğulayan Freitas humanitar yardım üçün 7 təyyarənin hazırlandığını dilə gətirib. 

Braziliya prezidenti Luiz İnasio Lula da Silva tviter hesabından etdiyi paylaşımda təbii fəlakət bölgəsini ziyarət edəcəyini bildirib: "Dövlətin bütün bölmələri ilə bir araya gələcək və yaralılara ictimai həmrəyliklə baxacağıq. Bölgədə yollar, enerji və telekommunikasiya əlaqələri yoxdur və bərpa olunur".

Güclü yağışlar nəticəsində yollara, elektrik xətlərinə, rabitə və sərnişin nəqliyyatına xeyli ziyan dəydiyi paylaşılıb.

Milli Meteorologiya İnstitutundan verilən açıqlamada fevral ayı ərzində ştatda gözlənilən yağıntının son 24 saat ərzində düşdüyü və dəymiş ziyanın böyük olduğu bildirilib.

BBC-nin xəbərində bir çox şəhərlərdə karnaval şənliklərinin ləğv edildiyi və onlarla insanın itkin düşdüyü qeyd edilib.



Әlaqәli Xәbәrlәr