Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən insanlara beynəlxalq yardımlar davam edir

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Meksika xalqı Türkiyedəki zəlzələ qurbanları üçün 140 ton yardım materialı göndərib.

1948011
Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən insanlara beynəlxalq yardımlar davam edir

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Meksika xalqı Türkiyedəki zəlzələ qurbanları üçün 140 ton yardım materialı göndərib.

Türkiyenin Meksikadakı səfiri İlhan Kamal Tuğ bildirib ki, Meksika Müdafiə Nazirliyi (SEDENA) və Meksika Xarici İşlər Nazirliyi yanında Meksika Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (AMEXCID) ilə əməkdaşlıq çərçivəsində indiyədək Türkiyeyə 140 ton yardım göndərilib. 

Səfirlik bağçasında 65 ton yardım materialının göndərilmək üçün gözlədiyini bildirən Tuğ qısa müddətdə ehtiyacı olanlara çatdırılacağını bildirib.

Tuğ zəlzələdən sonra 150 nəfərlik Meksika axtarış-xilasetmə qrupunun Türkiyeyəcəlb olunduğu vurğulayıb.

“THY təyyarələri ilə axtarış-xilasetmə prosesinə kömək etmək üçün səfirliyimiz vasitəsilə zəlzələdən zərərçəkmiş şəhərlərimizə 90 meksikalı könüllü göndərildi”, -deyə səfir qeyd edib. 

Nigeriya prezidenti Məhəmməd Buharinin həyat yoldaşı Aişə Buhari "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələdən zərərçəkənlər üçün 10 min ədyal bağışlayıb.

Aişə Buharinin bağışladığı 10 min ədyal Nigeriyaya məxsus hərbi təyyarə ilə zəlzələ bölgəsinə çatdırılacaq.

Türkiyenin Vaşinqtondakı səfiri Hasan Murat Mercan və Nyu-York baş konsulu Reyhan Özgür tərəfindən ABŞ-ın Nyu-York şəhərindəki Türkevidə təşkil edilən mərasimdə zəlzələlərdə həyatını itirənlərin xatirəsi yad edilib.

Anıma mərasiminə başda Nyu York və Nyu Cersi olmaqla bölgədə həyata keçirilən yardım fəaliyyətlərində iştirak edən, işlərə töhfə verən qeyri-hökumət təşkilatlarının nümayəndələri, iş adamları və könüllülər dəvət olunub.



Әlaqәli Xәbәrlәr