Bayden konqresi odlu silah qanunlarında islahat aparmağa çağırır

Dünən gecə Miçiqan Dövlət Universitetində baş verən atışmadan sonra ABŞ prezidenti Co Bayden Konqresi silah qanunlarında islahat aparmağa çağırıb.

1946655
Bayden konqresi odlu silah qanunlarında islahat aparmağa çağırır

Bayden Miçiqan Dövlət Universitetində 3 tələbənin öldüyü silahlı hücumla bağlı yazılı açıqlama yayıb.

ABŞ prezidentinin xanımı Cil Bayden ilə dualarının həyatını itirənlərlə və ailələri ilə birlikdə olduğunu qeyd edən Bayden Miçiqan qubernatoru Qretçen Uitmerlə danışdığını və lazımi dəstəyin verilməsi üçün göstərişlər verdiyini söyləyib.

ABŞ-da bir çox icmanın silahlı hücumlara məruz qaldığına diqqət çəkən Bayden, bu məsələ ilə mübarizə üçün silahlanma qanunu ilə bağlı addım atdıqlarını, lakin görüləsi çox iş olduğunu vurğulayıb. Söz mövzusu hücumların qarşısını almaq üçün Konqresin hərəkətə keçməsinin lazım olduğunu bildirən Bayden bununla bağlı qanunvericilərə çağırış edib.

Son hücumun 14 fevral 2018-ci ildə Florida ştatının Parkland şəhərindəki Marjory Stoneman Douglas Liseyinə “AR-15” tipli avtomatik silahla edilən və 17 nəfərin öldüyü hücumun ildönümünə təsadüf etdiyini vurğulayan Bayden onların silahlı zorakılığın qarşısını almaq üçün addımlar atmağa davam edəcək.

Bayden həmçinin bildirib ki, Ədliyyə Departamenti böhranın qarşısının alınması və cavab layihələrinin bir hissəsi olaraq “qırmızı bayraq” proqramlarına, həmçinin psixi sağlamlıq və maddə istifadəsi və veteranlarla məşğul olan mərkəzlərə xərclənmək üçün bu gün 231 milyon dollar ayırıb. Bayden 49 ştat və ərazidə həyata keçiriləcək bu fondun silah zorakılığını azaltmaqla insanların həyatını xilas edəcəyini müdafiə edib.

Ötən gecə ABŞ-ın Miçiqan Dövlət Universitetində silahlı hücum nəticəsində 3 tələbə ölüb, 5 tələbə yaralanıb. Səlahiyyətlilər polislə toqquşan təcavüzkarın bir müddət sonra intihar etdiyini bildirib.

Adı Anthony McRae (43) olaraq açıqlanan hücumçunun tələbə olmadığı və hücumun səbəbinin araşdırıldığı qeyd edilib.

 



Әlaqәli Xәbәrlәr