Danimarka “CAESAR” adlı bütün haubitsalarını Ukraynaya verib

Danimarka fevralın 24-dən Rusiya ilə döyüşən Ukraynaya bütün “CAESAR” haubitsalarını çatdırıb.

1945811
Danimarka “CAESAR” adlı bütün haubitsalarını Ukraynaya verib

Danimarka fevralın 24-dən Rusiya ilə döyüşən Ukraynaya bütün “CAESAR” haubitsalarını çatdırıb.

Ukrayna Müdafiə Nazirliyinin tviter hesabından edilən paylaşımda ölkəyə verilən hərbi dəstək barədə məlumat verilib.

Açıqlamada “Danimarka “CAESAR” adlı bütün haubitsalarını Ukraynaya verib. Mübarizəmizin Avropa mübarizəsi olduğunu bilən əsl dost Danimarka” ifadəsindən istifadə edilib.

Ukraynaya gətirilən haubitsaların sayı barədə məlumat paylaşılmayıb.

Qeyd edək ki, Danimarkanın müdafiə naziri Jakob Ellemann-Jensen yanvar ayında Ukraynaya 19 Fransız mənşəli "CAESAR" haubitsa tədarük edəcəklərini açıqlayıb.



Әlaqәli Xәbәrlәr