Dmitri Peskov: ''Rusiya zəlzələ ilə əlaqədar Türkiyeyə dəstək verməyə davam edəcək''

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərə görə Rusiyanın Türkiyeyə dəstəyinin davam edəcəyini bildirib.

1945074

Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiye Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı mesajı göndərdiyini xatırladıb.
Rusiyanın bu fəlakətə görə Türkiyeyə dəstək verdiyini  ifadə edən Dmitri Peskov deyib: “Rusiyanın bu dəhşətli  zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatlarında necə fəal iştirak etdiyini bilirsiniz. Bu əməliyyatlar davam edəcək”. 
Dmitri Peskov qeyd edib ki, Rusiya zəlzələdən zərər çəkən Suriyaya humanitar yardım göndərməyə davam edəcək.

Әlaqәli Xәbәrlәr