ABŞ Türkiye və Suriyaya əlavə yardım üçün 85 milyon dollar ayıracağını açıqlayıb

ABŞ administrasiyası Türkiye və Suriyada baş verən zəlzələlərdən sonra bu ölkələrə humanitar yardım məqsədilə əlavə 85 milyon dollar ayıracaq.

1944594
ABŞ Türkiye və Suriyaya əlavə yardım üçün 85 milyon dollar ayıracağını açıqlayıb

ABŞ administrasiyası Türkiye və Suriyada baş verən zəlzələlərdən sonra bu ölkələrə humanitar yardım məqsədilə əlavə 85 milyon dollar ayıracaq.

Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunur ki, ABŞ Türkiye və Suriyada baş verən zəlzələlərlə əlaqədar artan humanitar ehtiyacların ödənilməsi üçün 85 milyon dollar ayıracaq. Vəsait humanitar təşkilatlar vasitəsilə hər iki ölkədə zərərçəkmiş milyonlarla insana təcili ehtiyac duyulan yardımın çatdırılmasına yönəldiləcək.

Digər tərəfdən, ABŞ rəhbərliyi Suriyaya da təsir edən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra ölkəyə yardıma icazə vermək üçün 180 günlük sanksiya istisnası təmin edəcəyini açıqlayıb.

Mövzu ilə bağlı açıqlamasında ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo dağıdıcı zəlzələlərdən sonra Türkiye və Suriya xalqına faciəvi insan tələfatı və dağıntılara görə başsağlığı verib.

"Beynəlxalq müttəfiqlər və humanitar tərəfdaşlar zərər çəkənlərə kömək etmək üçün səfərbər olduqda, mən açıq şəkildə bildirmək istəyirəm ki, ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyalar Suriya xalqının həyatını xilas etmək səylərinə mane olmayacaq", - Adeyemo bildirib.



Әlaqәli Xәbәrlәr