ABŞ Dövlət Departamentinin sözçüsü Türkiyedəki zəlzələlər barədə danışıb

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays, 6 fevralda baş verən və episentrı Kahramanmaraş olan zəlzələlərin son əsrdə qeydə alınmış ən güclü zəlzələlər olduğunu deyib.

1944883
ABŞ Dövlət Departamentinin sözçüsü Türkiyedəki zəlzələlər barədə danışıb

Prays gündəlik mətbuat konfransında “əsrin fəlakəti” zəlzələlərində həyatını itirənlərə başsağlığı verib və həyatını itirənlərin arasında 3 ABŞ vətəndaşının olduğunu bildirib.

O: “Bu zəlzələ əsrin ən güclü zəlzələlərindən biri olub və biz qurbanlara, sağ qalanlara, axtarı-xilasetmə qruplarına, yardım dəstələrinə, zərər çəkmiş ailələrə, qonşularına və dostlarına başsağlığı veririk. ABŞ-ın 200 nəfərdən ibarət Yardım Qrupu fəlakət bölgəsindədir. Qrup Türkiyeyə 77 ton xüsusi texnika ilə cəlb olunub. Bölgəyə göndərdiyimiz helikopterlər dağıntılar səbəbindən daxil olmaqda çətinlik çəkilən ərazilərə axtarış-xilesetmə dəstələri çatdırırlar”.

ABŞ dövlət katibi Antoni Blinken ilə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danığı olduğunu ifadə edən Prays, Türkiyenin keçmişdə bir çox ölkəyə humanitar yardımlar və axtarış-xilasetmə dəstələr cəlb etdiyinə şahid olduqlarını, indi isə özlərinin də Türkiyeyə kömək etmək üçün qlobal səylərə qoşulmaqdan qürur duyduqlarını vurğulayıb. Suriyada zəlzələdən zərər çəkənlərə də dəstək verməyə çalışdıqlarını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr