Geir Pedersenin Türkiye və Suriya üçün yardım çağırışı

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Türkiye və Suriyada baş verən zəlzələlər nəticəsində həyatını itirənlərə başsağlığı verib.

1943009

Pedersen verdiyi yazılı açıqlamada qışın ortasında Türkiye və Suriyada minlərlə qadın, uşaq və qocanın təsirləndiyi zəlzələnin səbəb olduğu faciəvi ölüm halları və ciddi dağıntıların ona dərindən təsir etdiyini bildirib.

“Zəlzələdən zərər çəkənlərə dərin hüznlə başsağlığı verirəm” ifadələrini işlədən Pedersen onların bir çoxunun (Suriyadakı zəlzələdə ölənlərin) artıq illərdir böyük əziyyət çəkdiyini bildirib.

Pedersen “Biz tam həmrəylik içindəyik və dəstəyimizi bildiririk” deyib.
Pedersen Suriya xalqının təcili olaraq beynəlxalq dəstəyə ehtiyacı olduğunu bildirib və hamını dəstəkləməyə dəvət edib.

Әlaqәli Xәbәrlәr