Dünya üzrə su anbarının həcmi

Dünya Bankı insan, kənd təsərrüfatı, iqtisadi və ətraf mühit ehtiyaclarını ödəmək üçün su saxlama həllərini tələb edən hesabat paylaşıb

1941975
Dünya üzrə su anbarının həcmi

 

  Son 50 ildə təbii su anbarının həcmi 27 trilyon kubmetr azalıb.

  Dünya Bankı insan, kənd təsərrüfatı, iqtisadi və ətraf mühit ehtiyaclarını ödəmək üçün su saxlama həllərini tələb edən hesabat paylaşıb.

  Çağırışda həm dövlət, həm də özəl sektorlara müraciət olunaraq su saxlama boşluqlarını aradan qaldırmaq üçün çox sektorlu həllərin hazırlanmasının vacibliyi vurğulanıb.

  Hesabatda yazılır: “Ekstremal iqlim hadisələri artdıqca su və anbarları getdikcə daha vacib məsələyə dönüb. Son 20 ildə 1,43 milyard adam quraqlığa, təxminən 1,65 milyard insan isə daşqınlara məruz qalıb. 2030-cu ilə qədər daha 180 milyon adamın daşqınlarla üzləşəcəyi proqnozlaşdırılır.

  Dəyişkən yağışlar su təchizatını çətinləşdirir, kənd təsərrüfatı məhsullarını azaldır və investorları həvəsdən salır.

  Dünya əhalisinin daha çox anbara ehtiyacı olsa da, şirin su ehtiyatının azalması qlobal böhran yaradır.

  Son 50 ildə dünya əhalisinin sayı iki dəfə artıb, bataqlıq və sel düzənlikləri dağıdıb, buzlaqlar əriməkdədir, təbii su anbarının həcmi isə təxminən 27 trilyon kubmetr azalıb.

  Ölkələrdən iqlimlə bağlı fəlakətlərin təsirini azalda və su anbarı boşluğunu aradan qaldıra bilən davamlı, dayanıqlı həllər, su saxlamanı artırmaq üçün səmərəli yanaşmalar axtarmağı gözləyirik.”



Әlaqәli Xәbәrlәr