Avstriya və İsveçrədə qar uçqunu, ölənlər var

Avstriyanın Tirol əyalətində bir çox dağ-xizək kurortlarında ardıcıl qar uçqunu baş verib

1942267
Avstriya və İsveçrədə qar uçqunu, ölənlər var

TRT xəbər verir ki, bu barədə Tirol polis idarəsindən məlumat yayılıb. Bildirilir ki, ölkənin Langenfeld im Ötztal, Kaunerberg, Debanttal, St. Anton-am-Arlberq bölgəsindəki xizək kurortlarında qar uçqunu nəticəsində 5 nəfər həyatını itirib. Qeyd edilib ki, ölənlərdən üçü 3 idmançı, biri sürücü və biri də turistdir.

İsveçrədə də qar uçqunu nəticəsində biri qadın 2 nəfərin öldüyü bildirilir.

İsveçrə mətbuatının xəbərinə görə, ölkənin Graubuenden bölgəsində qar uçqunu nəticəsində trasdan xizəklə çıxan 2 nəfər həyatını itirib, itkin düşən bir nəfər sağ xilas edilib.



Әlaqәli Xәbәrlәr