Ölümə məhkum prezident öldü

Müalicə üçün getdiyi 2016-cı ildən Dubayda yaşayan 79 yaşlı P.Müşərrəf ürək və qaraciyər çatışmazlığına səbəb olan amiloidoz xəstəliyi ilə mübarizə aparırdı

1942083
Ölümə məhkum prezident öldü

 

  Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf müalicə aldığı Birləşmiş Ərəb Əmirlikləri-Amerika Xəstəxanasında dünyasını dəyişib.

  Müalicə üçün getdiyi 2016-cı ildən Dubayda yaşayan 79 yaşlı P.Müşərrəf ürək və qaraciyər çatışmazlığına səbəb olan amiloidoz xəstəliyi ilə mübarizə aparırdı.

  Xatırladaq ki, Pərviz Müşərrəf 1999-cu ildə Pakistanın Baş Qərargah rəisi idi. 2001-ci ildə hakimiyyətə gələrək prezident oldu. 2007-ci ildə mandatının uzadılması tələbinə qarşı olan konstitusiyanı dəyişdi və ölkədə fövqəladə vəziyyət elan etdi. Bir il sonra vəzifədən çıxarılması üçün parlamentə təqdim edilən qanun layihəsinə əsasən istefa verdi. 2013-cü ildə konstitusiyanı pozmaqda və dövlətə xəyanətdə ittiham olundu. Həmin tarixdən etibarən dəfələrlə açılan və təxirə salınan məhkəmə prosesi 2019-cu il dekabrın 17-də yekunlaşdı və Pərviz Müşərrəf ölüm cəzasına məhkum edildi. O, 16 dekabr 2020-ci ildə ölüm hökmünə qarşı Beynəlxalq Konstitusiya Məhkəməsinə yazmışdı.



Әlaqәli Xәbәrlәr