Volodimir Zelenski Aİ-Ukrayna Sammitini qiymətləndirib

Ukrayna prezidenti Volodimir Zelenski  Avropa İttifaqının Ukraynanın hazırladığı sülh formulasını dəstəklədiyini söyləyib.

1941830
Volodimir Zelenski Aİ-Ukrayna Sammitini qiymətləndirib

Ukrayna prezidenti Volodimir Zelenski  Avropa İttifaqının Ukraynanın hazırladığı sülh formulasını dəstəklədiyini söyləyib.
Bu barədə Volodimir Zelenski rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirilib. Ukrayna lideri Kiyevdə keçirilən Ukrayna-Avropa İttifaqı Sammitini qiymətləndirib.
Ölkəsinin Avropa İttifaqına tam hüquqlu üzvlüyü ilə bağlı prosesin davam etdiyini qeyd edən Volodimir Zelenski sammitdə bu mövzunun müzakirə edildiyini deyib.
“Tərəfdaşlarımızla Ukraynanın Avropa İttifaqına necə yaxınlaşacağına dair konkret razılaşmalarımız var”, - deyə Volodimir Zelenski bildirib.
Rusiya ordusunun hücumlarına baxmayaraq Avropa İttifaqına tam hüquqlu üzvlük prosesini davam etdirmək üçün fəal şəkildə işlədiklərini ifadə edən Volodimir Zelenski deyib: "Ukraynanın azadlığını qoruduq. Ukraynanın dəyərlərini qoruyuruq. Dövlətimiz Avropa ilə bağlı hədəflərinə nail olacaq''.

Avropa İttifaqının Ukraynanın hazırladığı sülh formulasını dəstəklədiyini vurğulayan Volodimir Zelenski deyib: "Avropa İttifaqı bu gün Ukraynanın hazırladığı sülh formulasını rəsmi olaraq dəstəklədi. Bu, sammitin yekun bəyannaməsində qeyd edildi".

ABŞ-ın Ukraynaya  əlavə hərbi yardım etmək qərarına gəldiyini xatırladan Volodimir Zelenski bu münasibətlə ABŞ prezidenti Co Baydenə təşəkkür edib.



Әlaqәli Xәbәrlәr