İtaliya və Fransa müdafiə nazirləri arasında telefon danışığı olub

Fransa və İtaliya SAMP/T – MAMBA uzun mənzilli hava hücumundan müdafiə sisteminin Ukraynaya göndərilməsi ilə bağlı danışıqları başa çatdırıblar.

1941831

Fransa Müdafiə Nazirliyindən verilən bəyanatda Fransa müdafiə naziri Sebastien Lekornu ilə İtaliyanın müdafiə naziri Quido Krosettonun telefon əlaqəsi saxladıqları bildirilib.
Bəyanata əsasən, tərəflər Ukraynaya hərbi dəstəyi müzakirə edib və 2023-cü ilin yazında SAMP/T – MAMBA hava hücumundan müdafiə sisteminin Ukraynaya göndərilməsi ilə bağlı danışıqları yekunlaşdırıb.

Bəyanatda SAMP/T – MAMBA-nın Avropanın ilk uzun mənzilli hava hücumundan müdafiə sistemi olduğu və bu hava hücumundan müdafiə sisteminin Ukrayna ərazisinin əhəmiyyətli bir hissəsini əhatə edərək Ukrayna ərazisinin Rusiya PUA, raket və təyyarələrinə qarşı müdafiəsini təmin edəcəyi bildirilib.

Bəyanatda Fransa və İtaliya müdafiə nazirlərinin Ukraynaya suverenliyini və ərazi bütövlüyünü müdafiə etməsi üçün yardım etmək mövzusunda qətiyyətli olduqlarını bildiriblər.

Әlaqәli Xәbәrlәr