İsrail və ABŞ İranın təhdidlərini müzakirə edib

ABŞ dövlət katibi Blinken Yaxın Şərqə reallaşdırdığı səfərinin ilk dayanacağı Misirdəki təmaslarını tamamlayaraq İsrailə keçib.

1939850
İsrail və ABŞ İranın təhdidlərini müzakirə edib

Dövlət katibi Blinken Qərbi Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu ilə bir araya gəldikdən sonra bu ölkənin xarici işlər naziri Elie Cohen ilə görüşüb. İsrail Xarici İşlər Nazirliyindən yayılan məlumata görə Elie Cohen ilə Antoni Blinken arasında Qüdsdəki Xarici İşlər Nazirliyində baş tutan görüşdə İranın təhdidlərinə qarşı atılası birgə addımlar, İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı elan edilməsi, İbrahim razılaşmalarının (BƏƏ-İsrail sülh sazişi) digər ölkələri də əhatə etməsi, ABŞ-ın İsrailin diplomatik əlaqəsi olmayan ölkələrə yardımları və İsrail Hava Yollarının Oman hava məkanından istifadə edəcək xəkildə uçuşu imkanının tənzimlənməsi kimi məsələlər müzakirə edilib.

Blinkenin bu gün də işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərində Fələstin prezidenti Mahmud Abbasla görüşəcək.



Әlaqәli Xәbәrlәr